25 oktyabr 2021 17:01
1219

“Arka Sokaklar”da nə baş verir?

Türkiyədə 2006-cı ildən bəri yayımlandığı hər mövsüm reytinqləri darmadağın edən “Arka Sokaklar” serialında maaş problemi yaşanır.

“İki sahil” bu barədə türkiyə mediasına istinadla xəbər verir.

Məlumata görə, aktyor, işıqçı, operator, bədii bölmə və ssenari komandası bir qəpik də olsun əməkhaqqı ala bilməyib. Bu səbəbdən yaradıcı heyət çəkilişə gəlməmək qərarına gəlib.

Bu barədə rəhbərliyə bildirilib. Bunun ardından səkkiz həftədir verilməyən maaşların üç həftə sonra veriləcəyi vəd edilib.