25 noyabr 2021 15:29
326

Çexiya Prezidenti xəstəxanadan buraxılıb

Çexiya Prezidenti Miloş Zeman oktyabrın 10-dan müalicə aldığı Praqa Mərkəzi Hərbi Hospitalından evə buraxılıb.

“İki sahil” xəbər verir ki, Miloş Zemanın müalicəsi şəhər kənarında yerləşən “Lanı” iqamətgahında davam edəcək.

Tibbi konsiliumun rəhbəri, Karlova Universitetinin rektoru Tomaş Zima prezidentin səhhətinin mütəmadi nəzarət altında olacağını bildirib. Dövlət başçısının müalicə həkimi cərrah Pavel Pafkonun sözlərinə görə, Çexiya Prezidenti xroniki xəstəlikdən əziyyət çəkir, onda qaraciyər sirrozu var və hazırda mədəsinə qidalanma borusu daxil edilib.

Noyabrın 26-da Miloş Zeman parlament seçkilərində qalib gələn “Birlikdə” koalisiyasının rəhbəri Petr Fialunu Baş nazir postuna təyin etmək niyyətindədir. Mərasimin “Lanı” iqamətgahında baş tutacağı gözlənilir. Prezidentin daha sonra nazir postlarına namizədlərin bir neçəsi ilə görüşəcəyi də bildirilir.