27 noyabr 2021 20:16
800

APL: İlk oyun günü ev sahibləri sevindi

Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib.

“İki sahil” xəbər verir ki, günün ilk matçında “Sabah” “Keşlə”ni qəbul edib.

Görüş ev sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

“Sabah”ın qollarını qarşılaşmanın 4-cü dəqiqəsində Amin Seydiyev (1:0), 12-ci dəqiqəsində isə Aleksey İsayev vurub. “Keşlə”dən isə Sadio Tounkara 47-ci dəqiqədə fərqlənib (2-1).

Günün son qarşılaşmasında da ev sahibləri sevinən tərəf olub.

Belə ki, "Səbail"i qəbul edən "Neftçi" Vüsal Əsgərovun 52-ci dəqiqədə vurduğu qolla 1-0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 12 turun digər matçları 28-29 noyabr tarixlərində keçiriləcək.

27 noyabr (şənbə)

15:00. “Sabah” 2 – 1“Keşlə”

Qol: Amin Seydiyev, 4 (1:0), Aleksey İsayev, 12 (2:0), Sadio Tounkara, 47 (2:1)

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev

“Bank Respublika Arena”

 

18:15. “Neftçi” 1 – 0 “Səbail”

Qol: Vüsal Əsgərov, 52

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev

“Bakcell Arena”

 

28 noyabr (bazar)

16:00. “Sumqayıt” – “Zirə”

Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Rəvan Həmzəzadə

“Kapital Bank Arena”

 

29 noyabr (bazar ertəsi)

 

16:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Vüqar Bayramov, Namiq Bəkirov

Qəbələ şəhər stadionu