27 noyabr 2021 22:38
806

Britaniyaya daxil olan hər kəs məcburi testdən keçəcəklər

Böyük Britaniyaya daxil olan hər kəs üçün məcburi PCR testindən keçəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib.

Onun sözlərinə görə, qaydaların sərtləşdirilməsi ölkədə yeni "omikron" ştammının yayılması riski ilə bağlıdır.

Baş nazir, həmçinin deyib ki, koronavirusun "omikron" ştamına yoluxanlarla təmasda olan hər kəs peyvənd edilib-edilməməsindən asılı olmayaraq, 10 gün karantində qalmalıdır.

B.Conson deyib ki, yeni ştam tam peyvənd olunmuş insanlara da keçə bilər: "Biz Böyük Britaniyada yeni ştama artıq iki yoluxma faktı müəyyən etmişik. Virusun yeni növü ilə bağlı ilkin mərhələdə bilmədiyimiz çox şey var. Bildiyimiz odur ki, “omikron” çox surətlə yayılır".