27 noyabr 2021 23:43
354

27 rusiyalı diplomat ABŞ-ı tərk edəcək

Səfir deyib ki, yanvarın 30-da 27 rusiyalı diplomat ailəsi ilə birgə ABŞ-ı tərk edəcək. “İki sahil” xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ölkəsinin KİV-nə deyib.

Diplomat qeyd edib ki, 30 iyunda isə eyni sayda amerikalı diplomat vətənə qayıdacaq.

Antonovun sözlərinə görə, diplomatların arvadlarının akkreditasiyası geri alınır, uşaqlarına isə viza verilmir. ABŞ ailə ənənələrinə qarşı ehtiyatla davransa da, bu yanaşma ailənin siyasi bölünməsidir.

Vaşinqtonun davranışını birtərəfli adlandıran diplomat əlavə edib ki, ABŞ Moskva ilə yalnız öz maraqlarına uyğun məsələləri müzakirə edir. Ölkənin sanksiya siyasəti isə dəyişmir.