28 noyabr 2021 00:01
717

Bu gün Qırğızıstanda parlament seçkiləri keçiriləcək

Bu gün - noyabrın 28-də Qırğızıstanda son bir ildə ikinci dəfə parlament seçkiləri keçiriləcək.

“İki sahil” xəbər verir ki, seçkilər 2005-ci ildən sonra ilk dəfə qarışıq sxemlə aparılacaq. Belə ki, 54 deputat partiya siyahısı ilə, 36 nəfər isə birmandatlı dairələrdə seçiləcək.

Məlumata görə, qanunverici orqandakı 90 yer uğrunda 21 siyasi partiyadan 300 namizəd mübarizə aparır. Ölkədə 3.7 milyon nəfər seçki hüququna malik vətəndaş var. Səsvermə günü ölkə daxilində və xaricdə 2500 səsvermə məntəqəsi fəaliyyət göstərəcək.

Qeyd edək ki, ötən payızda keçirilmiş parlament seçkiləri zamanı çoxsaylı qanun pozuntularına yol verildiyi üçün Mərkəzi Seçki Komissiyası nəticələri ləğv etmişdi.