28 noyabr 2021 00:13
842

Goranboy RİH-in əməkdaşı avtomobil yol qəzasında xəsarət alıb

Goranboyda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.

Qeyd edilib ki, hadisə Qazanbulaq qəsəbəsində qeydə alınıb. Avtomobil qəzası zamanı, 1988-ci il təvəllüdlü Həsənov Murov Bilal oğlu xəsarət alıb, yaralı xəstəxanaya aparılıb.

Qeyd edək ki, xəsarət alan şəxsin Goranboy rayon İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı vəzifəsində çalışdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.