28 noyabr 2021 02:56
677

Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

Nyu-York ştatında 2022-ci il yanvarın 15-dək fövqəladə vəziyyət elan edilib. “İki sahil” xəbər verir ki, buna epidemioloji vəziyyətin pisləşməsi səbəb olub.

Məlumata görə, ABŞ-da son bir həftədə koronavirusa yeni yoluxma halları günlük 92 minə yaxın olub. Ştatda xəstəxanaya yerləşdirilən və virusdan vəfat edənlərin sayı artıb.

Nyu-York ştatında COVİD-19-un yayılma sürəti 2020-ci ilin aprelindən görünməmiş həddə çatıb. Son bir ayda hər gün 300-dən çox insan xəstəxanaya yerləşdirilib.