28 noyabr 2021 09:29
716

Türkiyədə 50 qanunsuz miqrant xilas edilib

Türkiyənin sahil mühafizəsi ölkənin qərbindəki İzmir sahillərində 50 qanunsuz miqrantı xilas edib.

"İki sahil" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, miqrantlar Çeşmə və Dikili rayonları sahillərində aşkarlanıb.

İyirmi doqquz miqrantdan ibarət bir qrup Karaada, daha 21 miqrant isə Dikili sahilində xilas olunub.