01 dekabr 2021 00:36
728

Nasser El-Helaifi yayılan şayiələri təkzib edib

Fransanın PSJ klubunun prezidenti Nasser El-Helaifi baş məşqçi Zinəddin Zidanla danışıqlar barədə iddialara münasibət bildirib.

“İki sahil” xəbər verir ki, klub prezidenti fransalı mütəxəssislə heç bir danışıqların aparılmadığını bildirərək, yayılan şayiələri təkzib edib.

Xatırladaq ki, PSJ-nin mövsümün sonunda baş məşqçi postuna Zinəddin Zidanı gətirəcəyi iddia olunurdu.