01 dekabr 2021 12:22
591

Lavrov Çavuşoğlu ilə görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsveçin paytaxtı Stokholm şəhərində bir sıra ikitərəfli görüşlər keçirəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinken, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde və digər yüksək vəzifəli şəxslərlə görüşəcək.

Qeyd edək ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası dekabrın 2-3-ü İsveçin paytaxtı Stokholmda baş tutacaq.