01 dekabr 2021 13:51
763

Ermənistanda transgenderə qarşı çıxan keşiş işdən çıxarılıb

Ermənistanda Eçmiadzin kilsəsi keşiş Kazar Petrosyanı istefaya göndərib.

“İki sahil” xəbər verir ki, bu barədə “Hraparak.am” məlumat yayıb.

K.Petrosyan feysbuk səhifəsində Ermənistanın Artaşat bölgəsində keçirilən seçkiləri tənqid edib və hökuməti “tövbə” etməyə çağırıb.

Bildirilib ki, K.Petrosyan Ermənistanın Baş naziri Nikol Paşinyana transgender Lilit Martirosyanı müdafiə etməməklə bağlı videomüraciət etmişdi. Onun kilsədəki vəzifəsindən azad edilməsini hökuməti tənqid etməsi ilə əlaqələndirirlər.