01 dekabr 2021 15:29
924

Avropa İttifaqı Türkiyə və Rusiya ilə müzakirələr aparır

“Avropa İttifaqı Bakı ilə İrəvan arasında nizamlanmanı Rusiya ilə müzakirə edir və sülh üçün mümkün olan hər şeyi edir”.

“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqı Xarici Əməliyyatlar Xidmətinin Rusiya, Şərq tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Luk Devin deyib.

O, həmçinin bildirib ki, Türkiyə ilə də bu məsələlər barədə danışıqlar aparılır: “Biz Türkiyə ilə də danışırıq, bu yaxınlarda Türkiyədə yüksək vəzifəli şəxslərlə görüşdə iştirak etdim”.