01 dekabr 2021 16:24
670

Ermənistana bildirməliyik ki, mina xəritələrini təhvil versin- Naço Sançez

“Biz aydın şəkildə Ermənistana bildirməliyik ki, mina xəritələrini təhvil versin”.

“İki sahil” xəbər verir ki,  bunu İspaniyanın (İspaniya Sosialist İşçilər Partiyası) Avropa Parlamentindəki deputatı Naço Sançez Amor Avropa Parlamentinin Xarici Məsələlər Komitəsində Azərbaycan və Ermənistan arasında münasibətlərlə bağlı müzakirələrdə çıxışında deyib.

İspaniyalı deputat bildirib ki, bu, beynəlxalq öhdəlikdir: “Biz açıq şəkildə bu mesajı Ermənistan tərəfinə çatdırmalıyıq. Eyni zamanda Ermənistan tərəfinin iddia etdiyi saxlanılanlar məsələsinə də baxmalıyıq”.