01 dekabr 2021 16:41
957

Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan azad edilmiş ərazilərdə xüsusi nümayəndəsi təyin edilib- SƏRƏNCAM

Emin Zamin oğlu Hüseynov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.