01 dekabr 2021 17:03
853

QİÇS-dən ölüm halları 2 dəfə azalıb

“2020-ci ildə qlobal olaraq 680 min nəfər QİÇS-dən ölüb”.

“İki sahil” xəbər verir ki,  bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov "Ümumdünya QİÇS-lə Mübarizə Günü" mövzusunda çıxışında deyib.

O bildirib ki, 2010-cu illə müqayisədə qadınlar arasında ölüm hallarında azalma müşahidə olunub. Ötən illərlə müqayisədə Azərbaycanda da QİÇS-dən ölüm hallarında 2 dəfə azalma müşahidə olunur.