01 dekabr 2021 17:04
774

Bakıda böyük xəstəxanalardakı həkimlər çatışmazlıq olan bölgələrə təhkim ediləcəklər

“Ölkədə həkimlərin 60 faizdən yuxarısı Bakıda cəmlənib. Ötən il pandemiyanın ağır dövründə cənub zonası sığortaya keçdi. Daha sonra təhkimetmə metodundan istifadə edərək həmin xəstəxanada olan həkimləri sığortaya keçən digər xəstəxanalara göndərdik”.

“İki sahil” xəbər verir ki,  bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov bildirib.

O qeyd edib ki, Bakıda həkim potensialı böyük olan xəstəxanalardan həkimlərin bölgələrdə həkim çatışmazlığı olan xəstəxanalara təhkim edilməsi planı var. Bununla bağlı əmək haqqı qaydalarında da yeni yanaşma, həmin həkimlərə fiks ödənişlər nəzərdə tutulub: “Təhkimolunan həkimin qalma, kommunal problemləri Agentlik tərəfindən ödəniləcək. Bundan əlavə, Bakıda xaricdə təhsil alan peşəkar həkimlərin də sistemə cəlbi üçün yeni işlər aparılır. Yeni qaydalar təsdiq olunmaq mərhələsindədir. Türkiyədə təhsil alan 10-dan çox uzman dövlət tibb müəssisələrində işə başlayıb. Bölgələrdə hansı ixtisas çatışmırsa onun araşdırması aparılır, bununla bağlı müvafiq köməklik göstəriləcək”.