01 dekabr 2021 17:36
1015

Yüzlərlə erməni hərbçi "generallar"ın əmri ilə öldürülüb

“44 günlük müharibə zamanı Qarabağdakı “generallar”ın əmri ilə yüzlərlə, minlərlə əsgər öldürülüb”.

“İki sahil” erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanda yaşayan bloger Roman Baqdasaryan videoçarx hazırlayıb.

Onun sözlərinə görə, təkcə 250 hərbçi həmin “generallar"ın əmri ilə Suqovuşan istiqamətində öldürülüb.