01 dekabr 2021 17:07
666

Fransa dürüst vasitəçi olmayıb - Almaniyalı deputat

ATƏT-in Minsk qrupu formatı işləmir

“Mən digər həmkarlarımın fikirlərini bölüşürəm ki, ATƏT-in Minsk qrupu formatı işləmir və Aİ bu münaqişənin həlli istiqamətində yoxdur. Əminliklə deyirəm ki, telefon zəngləri kifayət deyil”.

“İki sahil” xəbər verir ki,  bunu Almaniyanın  Avropa Parlamentindəki deputatı Viola von Kramon-Taubadel Avropa Parlamentinin Xarici Məsələlər Komitəsində Azərbaycan və Ermənistan arasında münasibətlərlə bağlı müzakirələrdə çıxışında deyib.

Xanım parlamentari bildirib ki, insanlar əziyyət çəkir, saxlanılanlar dəyişdirilməyib, minalar hələ də qalır: “Və Avropa İttifaqı ortada yoxdur. Təqdirəlayiqdir ki, Aİ Şurasının Prezidenti Şarl Mişel "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində vasitəçilik danışıqları keçirəcək, lakin bu, kifayət deyil. Biz uzunmüddətli təhlükəsizlik mexanizmi təklif etməliyik. Düşünürəm ki, Fransa Aİ adından dürüst vasitəçi olmayıb”.

O, Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellin digər Aİ rəsmiləri ilə birgə işçi qrupu yaratmasını və regionda məkik diplomatiyasının mövcudluğunu görmək istədiyini vurğulayıb.