01 dekabr 2021 17:44
641

Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Entoni Blinken ilə görüşüb.

“İki sahil” “Anadolu”ya istinadən xəbər verir ki, görüş Latviyanın paytaxtı Riqada baş tutub.

Məlumata görə, tərəflər ölkələri arasında münasibətləri, habelə Ukrayna, Liviya, Suriya və Əfqanıstan da daxil olmaqla regional məsələləri müzakirə ediblər.