01 dekabr 2021 19:31
655

Təxirə salınmış oyunun vaxtı açıqlanıb

Qadınlardan ibarət Çexiya və Belarus yığmaları arasında 2023-cü il dünya çempionatının seçmə mərhələ oyununun vaxtı açıqlanıb.

“İki sahil” xəbər verir ki, qonaq komandanın heyətində koronavirusa kütləvi yoluxma hallarına görə təxirə salınmış qarşılaşma 2022-ci ilin iyununda keçiriləcək.

UEFA qərarı Çexiya Futbol Assosiasiyasının müraciəti və qarşı tərəfin razılığı əsasında qəbul edib.

Qeyd edək ki, görüş noyabrın 30-da baş tutmalı idi.