01 dekabr 2021 19:45
759

Şeyxülislam başsağlığı verib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə helikopter qəzasında şəhid olan hərbçilərin ailələrinə və doğmalarına başsağlığı verib.

QMİ-nin mətbuat xidmətindən "İki sahil"ə daxil olan başsağlığında deyilir: “Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması zamanı 14 hərbi qulluqçunun şəhid olması xəbərindən hədsiz kədərləndiyini bildirir, onlara Allahdan rəhmət diləyir, ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah şəhidlərə rəhmət eləsin!

Şeyxülislam Allahşükür Paşazadə qəza zamanı yaralanmış hərbi qulluqçularımıza Uca Allahdan şəfa diləyir, tezliklə sağalmaları üçün dualar edir”.