02 dekabr 2021 21:57
193

38 yaşından sonra 31-ci qolunu vurdu

İtaliya A seriyasının XV turu "Milan"ın hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.

“İki sahil” xəbər verir ki, veteran forvard "Cenoa" ilə səfər matçında çemionatın tarixinə düşüb.

10-cu dəqiqədə hesabı açan isveçli hücumçu 38 yaşından sonra vurduğu qol sayını 31-ə çatdırıb. Bununla 40 yaşlı Zlatan "Novara"nın sabiq hücumçusu Silvio Pioliyə məxsus rekordu təkrarlayıb. İbra daha bir dəfə fərqlənərsə, 38 illik rekordu yeniləyəcək və A seriyasında ən qolçu veteran ünvanını ələ keçirəcək.

Qeyd edək ki, "Cenoa" - "Milan" oyunu 0:3 hesabı ilə yekunlaşıb.