03 dekabr 2021 08:41
615

Andrey Babişə qarşı sui-qəsdə cəhd edilib

Çex Respublikasının baş naziri vəzifəsini icra edən Andrey Babişə qarşı sui-qəsdin qarşısı alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Babiş feysbukda yazıb. Qeyd edib ki, polis sui-qəsdin qarşısını alıb.

Onun sözlərinə görə, su-qəsd cəhdi hökumətin bir həftə əvvəl ölkədə koronavirusla əlaqədar sosial məhdudiyyətləri sərtləşdirmək və 30 günlük fövqəladə rejim tətbiq etmək qərarı ilə əlaqəli olub.

"Sərt epidemioloji təhlükəsizlik tədbirlərinin əleyhinə olan şəxs hökumət binasına gələrək mənə hücum etmək istədi. Onun əlində xəncər və tapança var idi. Polis onu binanın girişində zərərsizləşdirdi".

Qeyd edək ki, siyasətçi və onun ailəsinin ünvanına daha əvvəl də ölkədə sosial məhdudiyyətlərə görə fiziki zorakılıq hədələri olub. Hazırda əhalisi 10 milyondan artıq olan Çexiya yeni koronavirusa yoluxma hallarının sayına görə Avropa İttifaqında ilk yerlərdən birini tutur.