03 dekabr 2021 11:37
480

Parlament DSMF-nin gələn il üzrə büdcəsini qəbul edib

Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

“İki sahil” xəbər verir ki, layihəni Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Layihə müzakirə olunmadan III oxunuşda qəbul olunub.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirləri 5 306 770 072,0 manat, xərcləri 5 306 770 072,0 manat məbləğində təsdiq edilib.