03 dekabr 2021 11:37
751

Gələn ilin yaşayış minimumu təsdiqlənib

Milli Məclisin bu gün keçirilən iclasında “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

“İki sahil” xəbər verir ki, qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

Layihə III oxunuşda təsdiqlənib.