03 dekabr 2021 12:11
579

Qadın restorandan 3500 manatlıq palto oğurlayıb

Bakıda restoranda oğurluq olub.

Bu barədə "İki sahil"ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə noyabrın 29-da rayon ərazisindəki restoranların birindən 3 500 manat dəyərində paltonun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini L.Süleymanova müəyyən edilərək saxlanılıb.