08 dekabr 2021 22:44
1243

Şəhid Zamin Rüstəmov döyüşlərdə böyük şücaət göstərib - VİDEO

Vətən müharibəsində böyük şücaət göstərmiş igid hərbçilərimizdən biri də Zamin Rüstəmov olub.  

“İki sahil” xəbər verir ki, Zamin Rüstəmov 2000-ci il oktyabrın 17-də Füzuli rayonu, Yağlavənd kəndində dünyaya göz açıb.

Öz istedadı ilə fərqlənən Zamin hələ orta məktəb vaxtlarından gözəl səsə malik olub. Məktəb vaxtı paralel olaraq musiqi təhsili də alıb. Ən çox sevdiyi musiqilər isə Vətənlə bağlı olub. Onun atası və əmiləri Birinci Qarabağ müharibələrinin iştirakçısı olub.

Zamin həqiqi hərbi xidmətini  bitirdikdən sonra gizir kursuna daxil olub və yenidən seçdiyi şərəfli yoluna davam edib. Vətən müharibəsi zamanı Zamin kəşfiyyatçı sərhədçi olaraq döyüşlərə qatılıb. İlk döyüş yolu Cəbrayıl istiqamətindən başlayıb. Bir çox kəndlərin azad edilməsində düşmənə vurulan ağır zərbələrdə Zamin qəhrəmanlığı ilə seçilib. Son döyüşü isə oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsində olub. Elə orada da şəhid olub.

Zamin Rüstəmov ölümündən sonra "Vətən uğrunda" və "Zəngilanın azad edilməsinə görə" medalları ilə təltif olunub.