08 dekabr 2021 22:58
444

Rayonlarda avtobuslar kartla ödənişə keçir?

"MasterCard" Azərbaycanın bölgələrində ictimai nəqliyyatda nağdsız ödəniş imkanlarını genişləndirməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bunu "MasterCard"ın Azərbaycandakı nümayəndəsi Erdem Çakar bu gün Bakıda keçirilən 5-ci Beynəlxalq bank forumunda çıxışı zamanı deyib.

"Azərbaycanda nağdsız ödənişlərin artımının drayverlərindən biri ictimai nəqliyyatda bank kartları vasitəsilə ödəniş sisteminin tətbiqi oldu. 2020-ci ildə Şamaxıda 25 avtobusda nağdsız ödənişlər üzrə pilot layihəni işə salmışıq. Bu gün Şamaxıda nəqliyyatda dörd mindən çox nağdsız ödəniş həyata keçirilir", - deyə o, bildirib. E.Çakar ümidvar olduğunu bildirib ki, yaxın zamanlarda Azərbaycanda açıq bankçılıq tətbiq olunacaq.

"Bu model artıq Türkiyədə reallaşdırılıb və şübhə etmirəm ki, Azərbaycanda da bu hədəfə nail olacağıq", - E.Çakar deyib.