08 dekabr 2021 21:57
887

Amerikalı sərmayədarlar azad olunan ərazilərin bərpasında iştirak edəcək

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Mikayıl Cabbarov tviter hesabında yazıb.

O bildirib ki, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib.

"Görüşdə amerikalı investorların Azərbaycanda fəaliyyətinin genişləndirilməsi potensialı və işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirələr aparılıb", - nazir əlavə edib.