08 dekabr 2021 23:37
425

Vaksin vurdurana 500 avro veriləcək

Slovakiyada koronavirusa qarşı peyvənd olanan yaşlı sakinlərə pul mükafatı veriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri İqor Matoviç məlumat verib. O bildirib ki, yaşı 60-dan yuxarı olan vətəndaşlara bir və ya ikinci doza peyvənd üçün 200 avro, üçüncü doza üçünsə 300 avro veriləcək. Yaşlılar peyvənd olunduqdan sonra şəxsiyyət vəsiqəsilə poçt şöbəsinə gedərək pullarını nağd şəkildə ala biləcəklər.

Bu mükafatdan yararlanmaq üçün vətəndaşlar dekabrın 24-dək peyvənd olunmalı və ya 2022-ci il yanvarın 15-dək vaksinasiya üçün qeydiyyatdan keçməlidirlər.