07 noyabr 2019 09:53
73

271 min tona yaxın pambıq təhvil verilib

Ölkə üzrə pambıq qəbulu məntəqələrinə 270 min 993 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən "İki sahil"ə bildiriblər ki, bu il Azərbaycanda 100111 hektar ərazidə pambıq əkilib. Saatlı (13741 hektar), Ağcabədi (10452 hektar), Biləsuvar (10257 hektar), Bərdə (10140 hektar), Beyləqan (9706 hektar), Sabirabad (8630 hektar) və İmişli (7492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardandır.

Qeyd edək ki, pambıqçılıq kənd təsərrüfatının yüksək əməktutumluluğu ilə seçilən sahələrindən biridir. Ötən illə müqayisədə 2019-cu ildə 20 rayon üzrə pambıq əkən fermerlərin sayı 2373 nəfər artaraq, 18000 nəfərə çatıb. Pambıqçılığın inkişafı yüngül sənayenin inkişafına təkan verməklə yanaşı, əhalinin məşğulluğunun artmasında da müsbət rol oynayır. Hazırda ölkəmizdə 23 pambıq zavodu, 7 iplik istehsalı fabriki, 3 pambıq yağı istehsalı müəssisəsi fəaliyyət göstərir. Ümumilikdə, pambıqçılığın inkişafı təxminən 200 mindən çox insanın əsas gəlir mənbəyini formalaşdırır.