14 yanvar 2022 22:14
421

YAP Yasamal rayon təşkilatında gənclərlə görüş - FOTOLAR

YAP Yasamal rayon təşkilatında gənclərlə keçirilməkdə olan “Azərbaycanın milli maraqları və xarici siyasəti” adlı silsilə görüşlərin ilk qonağı YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, professor Anar İsgəndərov olub.

“İki sahil” xəbər verir ki, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayıb və qeyd edib ki, ulu öndər Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hazırda özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

Çıxış edən əsas məruzəçi, YAP İdarə Heyətinin üzvü, millət vəkili, professor Anar İsgəndərov Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, vətəndaşların hüquqlarının, cəmiyyətin milli birliyinin, ölkənin sabit inkişafının tələb etdiyi ən ümdə dövləti vəzifələri və onların təminatı yollarının, mövcud milli resursların bu işə səfərbər edilməsi proqramının və bəhs olunan sahədə məsuliyyətli dövlət idarəçiliyinin yaradılmasının onun milli təhlükəsizlik siyasətinin ən ali məqsədini təşkil etdiyini diqqətə çatdırıb. Bildirilib ki, müstəqilliyimizin bərpasından indiyədək Azərbaycan özünü müstəqil dövlət kimi təsdiq edə bildi və ildən-ilə biz ölkə başçısının həm daxili, həm də xarici siyasətində əldə etdiyi nailiyyətləri görürük. Bunu həm də dünya görür. Baxmayaraq ki, Azərbaycan kiçik bir ölkədir, lakin Prezident İlham Əliyevin siyasi müdrikliyi nəticəsində respublikamız hazırda bütün maraqların kəsişdiyi coğrafi məkana çevrilir. Bu gün əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Azərbaycanın rəhbəri Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyət yarada bildi və bu, dünya dövlətləri tərəfindən də qəbul edilir. Cənab İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır.

A.İsgəndərov bildirib ki, biz Prezidentin fəaliyyətində bütün bunların əyani təsdiqini görürük.

Daha sonra müzakirə formatında davam edən görüşdə gənclərin sualları cavablandırılıb, təklifləri dinlənilib. Gənclər onları maraqlandıran suallarına cavab alıblar.

Sonda gənclərlə xatirə şəkli çəkdirilib.