14 yanvar 2022 21:49
401

ABŞ səfirliyinin nümayəndəsi DİN-in İnsan alveri qurbanları üçün olan sığınacağına baş çəkib

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Maykl Dikerson general Həzi Aslanovla birgə DİN-in İnsan alveri qurbanları üçün olan sığınacağına baş çəkib.

“İki sahil” xəbər verir ki,  bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, onlar mərkəzin insan alveri qurbanlarına göstərdiyi xidmətləri və dünyada təqribən 25 milyon insanı əhatə edən məsələ ilə bağlı maarifləndirmənin zəruriliyini müzakirə ediblər:

“Yanvar ayı ABŞ-da İnsan Alverinin Qarşısının Alınması Ayı kimi qeyd olunur. Bu ay, insan alveri ilə bağlı məlumatlılığı artırır və bu cinayətin aşkar edilməsi və qarşısının alınması ilə bağlı ictimaiyyəti maarifləndirir”.