20 yanvar 2022 13:16
898

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 19 faiz artıb

2021-ci ilin yanvar-dekabr aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 1 136 123,8 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 181 623,6 min dollar və ya 19% çoxdur.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin təqdim etdiyi hesabatında bildirilib.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 604 393,2 min dollarlıq mal və məhsullar idxal edib ki, bu da illik ifadədə 17,8% çoxdur. Gürcüstanın Azərbaycana ixracı isə illik müqayisədə 20,5% artaraq 531 730,6 min dollara bərabər olub.

Nəticədə ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 72 662,6 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 1% çoxdur. Belə ki, 2020-ci ilin yanvar-dekabr ayları ərzində Gürcüstanın Azərbaycanla xarici ticarətdə 71 913,8 min dollarlıq mənfi saldo olub.