20 yanvar 2022 22:42
575

"Zirə" "Qurnik" ilə heç-heçə etdi

Antalyada təlim-məşq toplanışında olan Bakının "Zirə" komandası növbəti yoxlama oyununu keçirib.
“İki sahil” xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv Polşanın "Qurnik" (Leçna) klubu ilə üz-üzə gəlib.
Azərbaycan komandası meydana 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar qara sarğı ilə çıxıb. Matçdan öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Bakı təmsilçisinin heyətində Təmkin Xəlilzadə və İlkin Muradov fərqləniblər.
Qeyd edək ki, "Zirə" ilk yoxlama matçında Macarıstanın "Peç" komandasına 3:5 hesabı ilə uduzub.