20 yanvar 2022 23:50
671

PKK terrorçuları Afrini atəşə tutub, ölən və yaralananlar var

PKK/YPG-li terrorçular Suriyanın Afrin rayonunu raket atəşinə tutublar.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı türk mətbuatı yayıb.

Son məlumata əsasən nəticədə 6 nəfər həyatını itirib, 25 nəfər isə yaralanıb. Qeyd olunub ki, ətrafda olan nəqliyyat vasitələri və binalara da ciddi ziyan dəyib.