20 yanvar 2022 23:51
808

Rusiyanın xarici borcu açıqlanıb

“2022-ci il yanvarın 1-nə Rusiyanın xarici borcu 478,2 milyard ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin əvvəli ilə müqayisədə 2,37% (və ya 11 milyard ABŞ dolları) çoxdur”.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında yer alıb.

“İlin əvvəlindən bankların xarici borcu 7,7 milyard ABŞı dolları artıb, bu da əsasən banklararası əməliyyatlar çərçivəsində qeyri-rezidentlərdən vəsaitlərin cəlb edilməsi hesabına.

Digər sektorların xarici borc öhdəlikləri kreditlər şəklində xarici borcun, o cümlədən birbaşa investisiya əlaqələri çərçivəsində cəlb edilənlərin azalması hesabına 15,3 milyard ABŞ dolları azalıb”-, məlumatda deyilir.