21 yanvar 2022 22:47
825

Bitkoinin qiyməti nə qədər aşağı düşüb?

Bitkoinin qiyməti 39,073 ABŞ dollarına düşüb.

"İki sahil" "Bloomberg"ə istinadən xəbər verir ki, kriptovalyutanın qiymətinin düşməsi ABŞ-ın pul-kredit siyasətinin sərtləşdirilməsi öncəsi müşahidə olunan spekulyativ investisiyalar fonunda baş verir. Agentliyin məlumatına görə, noyabrın əvvəlindən indiyədək rəqəmsal tokenlərin qiyməti ümumilikdə, 1 trilyon ABŞ dolları azalıb.