22 yanvar 2022 08:07
776

“Neftçi” növbəti transferini reallaşdırıb

“Neftçi” braziliyalı futbolçu Gilyerme Patonun transferini açıqlayıb.

“İki sahil” xəbər verir ki, paytaxt klubu bununla bağlı sosial şəbəkə hesablarında video paylaşıb.

İyirmi beş yaşlı cinah yarımmüdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Gənc vinger yeni komandasında 77 nömrəli formanı geyinəcək.

“Internasional”ın yetirməsi olan Gilyerme Pato 2020-2021-ci il mövsümündə icarə əsasında “Ponte Preta”da, 2021-ci ilin ikinci yarısında isə “Kuyaba”da çıxış edib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl müdafiəçi Azər Salahlını və yarımmüdafiəçi Eddi İsrafilovu transfer edib.