22 yanvar 2022 09:10
481

2 minə yaxın həkim niyə işdən azad edilib?

İtaliyada 2 minə yaxın həkim koronavirusa qarşı peyvənd olunmadığı üçün işdən azad edilib.

“İki sahil” xəbər verir ki, bu barədə EFE agentliyi İtaliya Milli Tibb İdarəetmə Federasiyasına istinadən xəbər verir.

İşdən kənarlaşdırılan 1 972 nəfər ölkədə həkimlərin ümumi sayının 0,4%-ni təşkil edir.

Bundan əlavə, həkimlərə fəaliyyətinin dayandırılmaması üçün 5 gün müddətində vaxt verilib.

“Worldometer” saytının məlumatına görə, bu günə qədər İtaliyada 9,4 milyon insan koronavirusa yoluxub, 142,5 min xəstə ölüb, 6,5 milyon insan isə xəstəlikdən sağalıb.