14 mart 2019 17:27
87

“28 May” stansiyasındakı sıxlığın səbəbi açıqlanıb

Metronun "28 May" stansiyasının ikinci çıxışından əhalinin az istifadəsi əsas çıxışda sıxlığa səbəb olur.

Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib. 

Onun sözlərinə görə, "28 May" metrosu iki xətti birləşdirir: "Bu sıxlıq xətlərin ayrılacağı vaxta qədər olacaq. Baxmayaraq ki, "28 May" stansiyası iki çıxışlıdır, yeni istifadəyə verilmiş ikinci çıxışdan sərnişinlər çox istifadə etmirlər. Birinci çıxışdan istifadə sıxlığa gətirib çıxarır".