24 yanvar 2022 14:48
1924

Ronaldonun Corcinası haqda şok sözlər

Ronaldonun sevgilisi Corcina Rodrigesin qohumları ondan narazılıq ediblər.

“İki sahil” xəbər verir ki, bu haqda Britaniyanın “The Sun” nəşri məlumat yayıb. Corcinanın əmisi İusus qəzetə müsahibəsində deyib ki, qardaşı qızı onlarla əlaqəni tamamilə kəsib: “Mən heç vaxt ondan nəsə xahiş etməmişəm. O, Ronaldo ilə tanış olduqdan sonra cəmi 1-2 dəfə bizə zəng vurub. Corcina bizim də onun kimi lüks həyat yaşamadığımızdan utana bilər. Mən Corcinanın və bacısının qayğısına qalırdım, onlara paltar alır, işıq və su pullarını ödəyirdim. Feysbukda Kriştianoya yazdım ki, “ən zalım qadın sənin yanındadır. Əgər bilmək istəyirsənsə, mənimlə əlaqə saxla, sənə danışaram”.

Corcinadan onun bibisi Lidiya da narazıdır:

“O, babası və nənəsinə ad günlərində belə zəng vurmağı dayandırıb. Biz özümüz ona zəng etdik. Amma demə, nömrəsini dəyişib. İndi hamı bilir ki, Corcina necə vicdansız adamdır”.