24 yanvar 2022 18:27
730

Fərid Qayıbov əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində olub FOTO

Gənclər və idman naziri Fərid Qayıbov əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində olub.

“İki sahil” xəbər verir ki,  burada yaradılmış şəraitlə və Mərkəzin fəaliyyəti ilə maraqlanıb, Azərbaycan Boccia Federasiyasının nümayəndələri və idmançıları ilə görüşüb.

Görüş zamanı qarşıdakı yarışlara hazırlıq prosesi müzakirə edilib, idmançıların məşqləri barədə məlumat verilib, boccia idman növü üzrə məşqlər nümayiş olunub.

Qeyd edilib ki, əlilliyi olan idmançılar arasında bu idman növünə xüsusi maraq var və onların reabilitasiyasında boccia xüsusi əhəmiyyət daşıyır.