24 yanvar 2022 21:28
749

Şuşadan çörək alıb Bakıya aparan Kamil dayının təəssüratları – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün sıravi vətəndaşların Şuşaya ilk səfəri baş tutub. 

“İki sahil” xəbər verir ki, səfərdə iştirak edən keçmiş Şuşa sakini Kamil bəy Bakıya gətirmək üçün Şuşadan çörək alıb.

O bildirib ki, Şuşa çörəyindən elə Şuşanın qoxusunu alır.

“Təssüratım çox yaxşıdır. Mənə çox xoş təsir bağışladı bu səfər. Gedib evimi də gördüm. Bizə bu şəraiti yaradan hər kəsə təşəkkür edirəm. Elə Şuşa çörəyi də almışam, aparıram evimizə” – deyə, o bildirib.