27 yanvar 2022 15:12
823

Deputat Şahin Seyidzadə seçicilərinə hesabat verib

50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputat Şahin Seyidzadə seçicilərinə növbəti hesabatını təqdim edib. Hesabatda 2020-2021-ci illəri əhatə edən statistik məlumatlarla yanaşı, eyni zamanda ictimai-siyasi fəaliyyətlər haqqında məlumatlar öz əksini tapıb.

“İki sahil” xəbər verir ki, fəaliyyət dövrü ərzində, deputat tərəfindən ümumilikdə fərdi və onlayn qaydada 56 qəbul keçirilib, vətəndaşlar tərəfindən deputatın ünvanına 1451 müraciət daxil olub.

Qeyd edək ki, bu hesabat deputatın fəaliyyət dönəmini əhatə edən sayca 4-cü hesabatıdır. Bundan əvvəl olan hesabatlarla yanaşı, bu hesabatın da fəaliyyət dönəmi ərzində deputata müraciət edən vətəndaşların evlərinə poçt vasitəsi ilə göndərilməsi nəzərdə tutulub.