27 yanvar 2022 17:41
600

Masallıda gənclərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub - FOTO

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən ”Gənclər Həftəsi” çərçivəsində, Masallı rayon Gənclər və İdman İdarəsinin, "Gənclər evi" sosial xidmət müəsissəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə COVID-19 pandemiyası nəzərə alınaraq, “Gələcək gənclərindir” mövzusunda bir qrup gəncin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

Əvvəlcə bir qrup gənc Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoydular.

Ekskursiya zamanı Heydər Əliyev Mərkəzinin əməkdaşı Şəfa Xəlilova iştirakçılara məlumat verərək bildirib ki, Mərkəzdə Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir. Ekskursiya zamanı gənclər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən eksponat, fotostend, kitablarla tanış olublar. Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi məqsədi daşıyan ekskursiyada Ulu Öndərin zəngin irsi haqqında gənclərə ətraflı məlumat verilib. Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin həyat yolu hər bir azərbaycanlı üçün əsl örnək olmalıdır.

Əlihüseyn Şükürov