İkinci Qarabağ müharibəsində yüzlərlə Lerikli gənc könüllü cəbhəyə gedərək Vətən torpaqların azadlığı naminə düşmənlə müharibə meydana atılır. Döyüşlərdə 46 lerikli igid misilsiz qəhrəmanlıq örnəyi göstərərək şəhidlik zirvəsinə ucalır. Dağlar diyarında kiçik də, böyükdə Vətən oğlanlarını ürəyində yaşatmaqla hər yerdə, hər zaman xatirələrini əziz tuturlar.
Rayonda Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən igidlərinin adına çoxlu yadigarlar yaradılıb. Belə yadigarlardan Lerik şəhərin özündə də vardır. İndi şəhərin Nizami küçəsində yerləşən şəlalə-park Vətən Müharibəsinin Qəhrəmanı, şəhid mayor Amid Heydərovun adını daşıyır. Şəhərin İsmayıl Yaqubov və Nizami küçəsinin kəsişdiyi ərazidən şəhər 1 saylı körpələr evi-uşaq bağçasının yerləşdiyi ərazi daxil olmaqla Həzi Aslanov küçəsinin kəsişdiyi ərazi Əliqismət Yaqublu və İbadulla bəy Nurullabəyov, eləcə də “Azəraqrartikinti” ASC-nin yerləşdiyi ərazidən Arif Nuriyev küçəsinin kəsişdiyi ərazi isə Elvin Səfərov küçəsi adlanır.
Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü