28 yanvar 2022 19:28
797

Bakıda Pekin-2022 Qış Olimpiya Oyunlarına həsr edilən festival keçirilib FOTO

Yanvarın 28-də Bakı şəhərindəki 238 nömrəli OCEP məktəbində Pekin 2022 Qış Olimpiya Oyunlarına həsr olunan tədbir Vətən Müharibəsi şəhidlərinin  xatirə guşəsinin ziyarət olunması ilə başlanıb.

“İki sahil” xəbər verir ki,  qonaqlara məktəbin uğurlu idmançı şagirdləri təqdim olunduqdan və Çin mətbəxi ilə tanışlıq və dequstasiyadan sonra Akt zalında tədbirin rəsmi hissəsi başlanıb.

Tədbir çərçivəsində Azərbaycanda Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə start verilmiş və ölkədə geniş dəstək qazanmış, Olimpiya hərəkatı və onun hörmət, dostluq və mükəmməllik kimi dəyərlərini özündə ehtiva edən Olimpiya Mədəniyyəti və Təhsil Proqramı  - OPEC, Pekin 2022 Qış Olimpiya Oyunları haqqında məlumat verilib.

OCEP layihəsinin ilk mövsümündə bu proqrama 100.000-dən çox şagird və 6000-dən çox müəllimin cəlb edildiyi, Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsinin layihənin icrasını böyük rəğbətlə qarşıladıqları qeyd olunub. Sonra qonaqlara 4-20 fevral tarixlərində Çinin paytaxtı Pekində keçiriləcək 14-cü Qış Olimpiya Oyunları, Pekin Olimpiadasında yer alan bir-birindən maraqlı idman növləri haqqında məlumat verilib. Pekin 2022-cə Azərbaycanın 2 idmançı - fiqurlu konki sürmə üzrə 1 qız və 1 oğlan yarışçı ilə təmsil olunacağı bildirilib.  

Tədbir məktəblilərin hazırladıqları mini xokkey yarışı, mahnı, rəqs və şerlərin təqdimatı ilə davam edib. lər, şerlərin ös təqdim olunub. Azərbaycan-Çin Mədəniyyət Festivalı sonda məktəblilərə hədiyyələrin təqdim edilməsi ilə tamamlanıb.