“NATO Rusiya ilə konkret məsələlər üzrə danışıqlar masasına oturmağa və Rusiyanın narahatlıqlarını dinləməyə hazırdır”.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq açıqlama verib.
O NATO-nun Rusiya üçün təhlükə törətmədiyini vurğulayıb.
Baş katib Rusiya ilə diplomatik əlaqələrin bərpasının vacib olduğunu, NATO-nun Avropada hərbi konfliktdə maraqlı olmadıqlarını diqqətə çatdırıb.